Ana Sayfa > Manşet / Gündəm > Əli Əhmədov aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

Əli Əhmədov aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb


3-07-2019, 17:38. Yazar: sevinc1
Əli Əhmədov aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində “Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşımında müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu bildirib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının dəfələrlə bu cür aksiyalar keçirdiyini xatırladan Əli Əhmədov, Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

"Gəlin Ordumuza dəstək olaq”- deyən Əli Əhmədov YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və nümunə olaraq özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Baş nazirinin müavini Əli Əhmədovun bu təşəbbüsünü alqışlayan Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər. Cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərən insanlar sosial şəbəkələrdəki paylaşımlarında bildirirlər ki, Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən bəzi dırnaqarası varlıqlara Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavab oldu.

Bu gün Azərbaycanda yüksəlişin və inkişafın simvoluna çevrilmiş Yeni Azərbaycan Partiyasında Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası əsl vətənpərvərlik nümunəsi və böyük ruh yüksəkliyi ilə davam edir.


aia.az
Geri dön