Ana Sayfa > Gündəm > Keçmiş MTN zabiti yenə məhkəməyə gəlmədi
Keçmiş MTN zabiti yenə məhkəməyə gəlmədi3-07-2019, 15:07. Yazar: sevinc1 |
Bakı Hərbi Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub. Bu səbəbdən proses iyulun 22-dək təxirə salınıb. Qeyd edək ki, iş üzrə ötən məhkəmə prosesi də eyni səbəbdən təxirə düşmüşdü. V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Zərərçəkmişlər general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir. aia.az Geri dön |