Ana Sayfa > Gündəm / Manşet / Karusel > Mübariz Ağayev haqda bilmədiklərimiz...

Mübariz Ağayev haqda bilmədiklərimiz...


22-01-2016, 13:51. Yazar: admin
Mübariz Ağayev haqda bilmədiklərimiz...
Göyçay-Mingəçevir-Quba-Göyçay marşrutunun mahir sürücüsü...
2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev “zəngin” məmur taleyi yaşayıb

Belə ki, o, 2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba rayonunun icra başçısı olub. Bu postlarda onun keçdiyi yolun hansı dərəcədə uğurlu olduğunu görmək üçün qısaca olaraq ötən illərin medya xülasəsinə nəzər salmaq kifayətdir.

Göyçay rayonundakı etibarlı qaynağımız iddia edir ki, “Şöhrət” ordenli Mübariz Ağayevin fəaliyyəti haqqında kifayət qədər tənqidi materiallara rast gəlmək mümkündür. Göyçay və Mingəçevirdə rəhbərlik etdiyi dönəmlərdə sərt tənqidlərə məruz qalan, korrupsiyalaşmış məmurlar sırasında adı ön sıralarda çəkilən M. Ağayev məlum Quba hadisələrindən sonra rayona başçı təyin olundu. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslə dönüş yaradacaq.

Lakin, onun rəhbərliyinin “Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər. Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məmlumatlar verilib. Qubanını problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda özünə məxsusluğu heç kimdə şübhə doğurmayan biznes obyektlərinin yağışdan sonra çıxan göbələklər kimi çoxalmasını da bilməyən yoxdur. İcra başçısı işlədiyi bütün ərazilərdə- Göyçayda və Mingəçevirdə çoxsaylı ticarət obyektləri, digər biznes strukturları olan M. Ağayev Qubada da öz şəbəkəsini genişləndirməyi bacardı. Rayonun əlverişli turizm bölgələrində çoxsaylı obyektlər bu gün də ondan “yadigar” olaraq fəaliyyət göstərir.

27 yanvar 2015-ci ildə prezidentin sərəncamı ilə Mübariz Ağayev ikinci dəfə Göyçay rayonunun icra başçısı vəzifəsinə təyin olunub. Onun Göyçaya ikinci gəlişi bəzi məmurlar tərəfindən atəşfəşanlıqla qarşılansa da sakinlər yenidən “keçmiş xatirələri” yada salmalı olublar. Artıq 7 aya yaxın müddətdə Göyçaya rəhbərlik etməsinə baxmayaraq rayonda yenidən kifayət qədər narazılıq sədaları eşidilir. Bildirilir ki, ikinci dəfə Göyçaya dönüşündən sonra M. Ağayev özünü sözün əsl mənasında rayonun tam sahibi kimi aparır. Müəmmalı kadr dəyişiklikləri, iş adamlarına, idarə və təşkilat rəhbərlərinə qarşı yağmalama siyasəti bu gün tam gücü ilə işləyir. Eyni zamanda icra başçısı rayonda özünü əsl sahibkar kimi aparır, biznes strukturlarını genişləndirir.

Ölkə qanunvericiliyinə əsasən dövlət qulluğunda çalışan şəxslərin sahibkarlıq və bizneslə məşğul olması qadağan olunub. Bu barədə dəfələrlə cənab prezident də sərt xəbərdarlıqlar edib. Lakin rayondan verilən məlumatlarda Mübariz Ağayevin qanunlara və şəxsən prezidentin göstərişlərinə hansı dərəcədə əməl etdiyini aydın görmək olar. Rayondan bir qrup ziyalının "Gündəm-şok"a verdiyi məlumata görə, bu günlərdə Göyçayda 300- yaxın rayon ziyalısının, idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi toplantıda Mübariz Ağayev öz “fəaliyyətinin” bütün şifrələrini çözüb. Çıxışı zamanı icra başçısı bildirib ki, “cənab prezident məndən soruşdu ki, yenə də bizneslə məşğul olursanmı? Cavab verdim ki, mən fəxr edirəm ki, biznesmenəm və hər zaman bu fəaliyyətimi davam etdirirəm!”

Göründüyü kimi cənab prezidentin etimad göstərərək vəzifəyə təyin etdiyi M. Ağayev öz maraqları naminə ölkə başçısının adından belə istifadə etməkdən çəkinmir. Onun məntiqindən belə çıxır ki, bugünki gündə cənab prezident belə M. Ağayevin biznes fəaliyyətindən xəbərdardır və hətta icra başçısı bununla fəxr edir. Elə bu sözlər kifayətdir ki, icra başçısının ölkə qanunlarına və cənab prezidentə hansı dərəcədə sadiqliyinin şahidi olasan.

Ümumiyyətlə Mübariz Ağayevin dövlətçiliyə olan səadqəti haqqında olduqca sensasion məlumatlar almışıq. Hər çıxışında prezidentə, dövlətə səadaqətdən danışan icra başçısının müxalifət partiyalarından birinin rəhbəri, konkret olaraq AXCP sədri Əli Kərimli ilə olduqca sıcaq münasibətləri barəsində ilginc informasiyalar verilir. Hətta bu münasibətlərin maliyyə yardımı səviyyəsində olduğu da bildirilir.

Göyçayda müxalifət partiyalarına olan qayğı bununla da yekunlaşmır. Bu yaxınlarda AMİP-in Göyçay şöbəsinə rəhbərlik etmiş Rəşad Məmmədovun rayon Təhsil Şöbəsinə rəhbər təyin edilməsi də bu “qayğının” nəticəsidir. R. Məmmədov müəmmalı şəkildə YAP-a üzv qəbul etdirilərək vəzifəyə gətirilib. Mübariz Ağayevin bu “müxalifət sevgisinin” haradan qaynaqlandığını isə yəqin ki, lazımi qədər araşdırılmamışdır.

Bu gün Göyçayda yerli sahibkarlar, iş adamları sözün əsl mənasında çətin günlərini yaşayırlar. Rayondan verilən xəbərlərdə onların yağmalandığı, aylıq haqq ödəməyə məcbur edildiyi bildirilir. Son müşavirədə prezidentin iş adamlarına göstərilən təzyiqlərlə bağlı qəti göstəriş verməsinə baxmayaraq Göyçayda sahibkarlar müflis olmaq təhlükəsi ilə üz-üzə qalıblar. Qanunsuz ödəmələr etməyə məcbur qalan iş adamlarının bir qismi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar. Lakin, sahibkarlardan aylıq toplanan qanunsuz “vergilərə” baxmayaraq M. Ağayevin qardaşları, digər yaxınları isə heç dövlətin qanuni vergilərini belə ödəmirlər. Təbii ki, “krışası” icra başçısı olduğu üçün onlar bütün vergilərdən azad olunublar.

Göründüyü kimi bu gün Göyçayda məmur özbaşnalıqları yenidən pik həddə çatıb. Dövlətçiliyimizə ciddi zərbə vuran bellə əməllərə qarşı isə vaxtında tədbir görülməsi vacibdir.

Mövzunu diqqətdə saxlayacağıq. (sonolay.org)
Geri dön