Ana Sayfa > Təhsil > İqtisad Universitetində yanğın olub

İqtisad Universitetində yanğın olub


3-07-2019, 10:10. Yazar: sevinc1
İqtisad Universitetində yanğın olub


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.


aia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.

Nazirlik bildirib ki, Bakı şəhərinin Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön