Ana Sayfa > Dünya > BMT-nin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb
BMT-nin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb3-07-2019, 10:01. Yazar: sevinc1 |
BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda münaqişə tərəflərini mülki şəxsləri müdafiə etməyə çağırıb. Trend-in məlumatına görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib. S.Cüjarrik bildirib: "Baş katib iyulun biri Kabilin mülki şəxslərin yaşadığı rayonuna hücumdan qəzəblənib və dərindən kədərlənib. A.Quterreş Əfqanıstanda münaqişə tərəflərini mülki şəxslərin müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıb". Xatırladaq ki, iyulun 1-i Kabildə güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 105 nəfər isə yaralanıb (26 uşaq və 5 qadın). Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, silahlılarla baş verən atışmada 5 terrorçu məhv edilib. aia.az Geri dön |