Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin iyul iclaslarının vaxtı
Milli Məclisin iyul iclaslarının vaxtı2-07-2019, 15:40. Yazar: sevinc1 |
Bu gün bəzi Kütləvi İnformasiya Vasitələri Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə xəbər yayıb. Bu xəbər sosial şəbəkələrdə az qala sensasiyaya səbəb olub. Modern.az saytı xəbərə aydınlıq gətirməsi üçün Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb. A.Təvəkküloğlu parlamentin gözlənilən iclasları barədə bunları deyib: “Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”. Xatırladaq ki, iyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub. aia.az Geri dön |