Ana Sayfa > Ölkə > "Xətai" stansiyasında təmir yekunlaşır -

"Xətai" stansiyasında təmir yekunlaşır -


2-07-2019, 15:37. Yazar: sevinc1
"Xətai" stansiyasında təmir yekunlaşır -



"Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb:

"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".


aia.az
Geri dön