Ana Sayfa > Manşet / Siyasət > Əli Əhmədov:
Əli Əhmədov:2-07-2019, 15:35. Yazar: sevinc1 |
Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib. Ə.Əhmədov bildirib ki, digər sahələrdə əldə edilən nəticələr dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılır: “Bu gün iqtisadi, sosial inkişaf dərəcələri DİM-lərdən irəli gələn vəzifələrə uyğunlaşdırılıb. Biz növbəti illərdə də naliyyətləri bu vəzifələrə uyğunlaşdıracağıq”. Baş nazirin müavini bildirib ki, bu gün bəşəriyyət kövrək dövrünü yaşamaqdadır. O qeyd edib ki, bir tərəfdə iqtisadi inkişaf, texnoloji tərəqqi, ziyalılar, zənginlər, digər tərəfdə isə çətin vəziyyətdə yaşayan insanlar var: “Dünyadakı mövcud vəziyyətin dəyişdirilməsi ilə bağlı BMT layihə həyata keçirir. Məqsəd ondan ibarətdir ki, dünya fəlakətlərdən xilas edilsin". Ə.Əhmədov qeyd edib ki, Azərbaycan bu istiqamətdə sosial fəaliyyəti layiqincə həyata keçirir: "Ölkə iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bu il əməkhaqqının artırılması ilə bağlı iki sərəncam imzalanıb. Bu, vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət edir". aia.az Geri dön |