Ana Sayfa > Siyasət > Erməni diasporu Konqresdə Qarabağla bağlı düzəliş təklif edir

Erməni diasporu Konqresdə Qarabağla bağlı düzəliş təklif edir


2-07-2019, 14:10. Yazar: sevinc1
Erməni diasporu Konqresdə Qarabağla bağlı düzəliş təklif edir


ABŞ Konqresinin üzvü Cudi Çu Dağlıq Qarabağla bağlı “Rosy-Engel” təklifinə düzəlişlər edib.



Modern.az xəbər verir ki, ABŞ-dakı erməni diasporunun təklifi ilə irəli sürülən təklif təmas xəttindən snayperlərin geri çəkilməsi və ATƏT-in müşahidəçilərinin sayının artırılımasını nəzərdə tutur.



Bundan başqa, təklifdə təmas xəttində atəşkəsi pozan tərəfi müəyyənləşdirmək üçün lokatorların da quraşdırılması təklif olunur.



“Roys-Engel” təklifi Konqresin xarici əlaqələr komitəsinin keçmiş sədri Ed Roys tərəfindən təklif olunub və hazrkı komitə sədri Eliot Engel tərəfindən dəstəklənib. Qətnamə Nümayəbdələr palatasaının daxili komitəsi tərəfindən müzakirə olunacaq.



Xatırladaq ki, qanunvericilik təşəbbüsü ilə çıxış edən konqresmen erməni diasporu ilə sıx əməkdaşlıq edir.

aia.az
Geri dön