Ana Sayfa > Karusel / Cəmiyyət > Hacı Mazan “Range Rover” ilə QƏZAYA düşdü -

Hacı Mazan “Range Rover” ilə QƏZAYA düşdü -


2-07-2019, 12:50. Yazar: sevinc1
Hacı Mazan “Range Rover” ilə QƏZAYA düşdü -


Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

aia.az Virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olmuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön