Ana Sayfa > Manşet / Siyasət > Moskvadan TƏKLİF:

Moskvadan TƏKLİF:


2-07-2019, 11:12. Yazar: sevinc1
Moskvadan TƏKLİF:


“ATƏT-in Minsk qrupu danışıqların əsas formatı olmalı deyil”.



Modern.az xəbər verir ki, rusiyalı ekspert, Moskvada yerləşən Avrasiya İqtisadi İnstitutunun direktoru Vladimir Lepexin bu barədə açıqlama verib. Onun fikrincə, həmsədr ölkələrdən yalnız Rusiya münaqişənin həllində maraqlıdır.


“ATƏT-in Minsk qrupu danışıqların əsas formatı olmalı deyil. Çünki Rusiyadan başqa, orada heç bir ölkə münaqişənin həllində maraqlı deyil. Minsk qrupunun təklif etdiyi əsas təklif bölgəyə BMT və NATO-nun sülhməramlılarının yerləşdirilməsidir”.



Rusiyalı ekspert münaqişədə format dəyişikliyinin vacib olduğunu bildirib:


“Regionda baş verən dəyişiklikləri nəzərə alsaq, Türkiyə və İran özləri haqda önəmli mesajlar verdilər. Hazırda regional təhlükəsizlik İran, Türkiyə və Rusiyadan asılıdır. Ona görə münaqişənin həllini bu ölkələrin vasitəçiliyində görmək lazımdır. Türkiyə Azərbaycanla bağlı razılaşmaların, Rusiya isə Ermənistanla bağlı razılaşmaların təminatçıası olacaq”.




aia.az
Geri dön