Ana Sayfa > Parlament / Aia TV / Karusel > Türkiyədə kişiləri aldadan azərbaycanlı qadın iş başında yaxalandı

Türkiyədə kişiləri aldadan azərbaycanlı qadın iş başında yaxalandı


22-01-2016, 13:18. Yazar: admin


Türkiyədə kişiləri evlilik vədi ilə aldadaraq pullarını alan azərbaycanlı qadın saxlanılıb.

Aia.az-in məlumatına görə, Amasya şəhərinin Merzifon rayonunda polis dəstələri fırıldaqçılıq etdiyi iddiasıyla axtarılan azərbaycanlı qadını iş başında yaxalayıb. Polis təsadüfən saxladığı avtomobildə araşdırma apardığı zaman qadının şəxsiyyət vəsiqəsinin saxta olduğu ortaya çıxıb.

Qadından şübhələnən polis bölmədən aldığı məlumatlar əsasında Azərbaycan əsilli Gülnarənin (33) fırıldaqçı olduğunu öyrənib. Bundan sonra qadın saxlanılaraq haqqında araşdırmalara başlanılıb.

İstintaq zamanı Gülnarənin Merzifon rayonunda üç il əvvəl evlilik vədi ilə aldatdığı adamın 20 min lirəsini alıb qaçdığı məlum olub. Polisin saxladığı avtomobilin sürücüsü də ifadəsində qadının onu evlənmə vədi ilə aldatmaq istədiyini söyləyib. Gülnarə sürücüdən evlənmək üçün 16 min lirə istəyib. Hətta qadın pulun yarısını nağd alıb. Gülnarə yerdə qalan pulu isə evləndikdən sonra alacaqdı.

Polis araşdırmasından sonra işi Merzifon rayon məhkəməsinə göndərilən Azərbaycan əsilli qadın barəsində həbs qərarı çıxarılıb.
Geri dön