Ana Sayfa > Karusel / Gündəm > Əli Kərimli sərbəst buraxıldı

Əli Kərimli sərbəst buraxıldı


28-06-2019, 15:04. Yazar: sevinc1
Əli Kərimli sərbəst buraxıldı


AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

Modern.az-ın məlumatına görə, Əli Kərimliyə Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.



***

AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.



Modern.az xəbər verir ki, Müsavat Partiyasının qərargahında ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi ilə bağlı keçirilən “Həmrəylik Marafonu”na qatılan partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.



Onunla yanaşı, daha bir neçə AXCP-çinin polisə aparıldığını bildirilir.


Ə.Kərimlinin süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Olayla bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.


aia.az
Geri dön