Ana Sayfa > Parlament > 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb
12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb28-06-2019, 12:54. Yazar: sevinc1 |
Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları dələduzluq etmiş H.Ağayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 56913 manat pul aldığını müəyyən ediblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. aia.az Geri dön |