Ana Sayfa > Karusel / Gündəm > "Azərbaycanda sığorta haqları 1 mlrd. manatdan çox olacaq"
"Azərbaycanda sığorta haqları 1 mlrd. manatdan çox olacaq"28-06-2019, 12:04. Yazar: sevinc1 |
"2018-ci sığorta şirkətləri tərəfindən 728 mln. manatlıq sığorta haqları toplanıb və bu, hələ Azərbaycanın ÜDM-nin 1%-nə çatmır". aia.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib. V. Qasımlı deyib ki, 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması nəticəsində ilk dəfə olaraq sığorta haqlarının həcmi ÜDM-in 1%-ni keçəcək: "İlk dəfə olaraq Azərbaycanda sığorta haqları 1 mlrd. manatdan çox olacaq". aia.az Geri dön |