Ana Sayfa > Gündəm > “BOKT-lar zəifləyib” –
“BOKT-lar zəifləyib” –27-06-2019, 14:37. Yazar: sevinc1 |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” qanuna dəyişikliklər I oxunuşda müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, müzakirələrdə çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib. “Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deyə deputat qeyd edib. Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib. aia.az Geri dön |