Ana Sayfa > Gündəm > Təqaüdçü deputatların pensiyası artacaq

Təqaüdçü deputatların pensiyası artacaq


27-06-2019, 12:54. Yazar: sevinc1
Təqaüdçü deputatların pensiyası artacaq


Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

Modern.az xəbər verir ki,xəbərinə görə, Fəzail Ağamalı sabiq deputatların ona müraciət ünvanladıqlarını bildirib:

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, -deyə o vurğulayıb.

Deputat dövlət qurumlarına müraciət ünvanlayaraq, bu məsələyə baxılmasını xahiş edib.


Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.


aia.az
Geri dön