Ana Sayfa > Gündəm / Aia TV / Karusel > ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək
ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək21-01-2016, 14:10. Yazar: admin |
Qalanlar üçün ABŞ-a giriş vizasız olacaq. ABŞ hakimiyyəti Avropa ölkələrinin son beş ildə İraq, Suriya, İran və ya Sudana səfər etmiş vətəndaşları üçün viza tələblərini sərtləşdirməyi planlaşdırır, Associated Press məlumat yayıb. Aia.az Gazeta.ru-ya istinadən xəbər verir ki, ikinci vətəndaşlıq qismində bu ölkələrdən birinin vətəndaşlığına sahib olan Aİ sakinləri üçün də maneələr yaradılacaq. Bu tədbir “İslam dövləti” (İŞİD) sıralarında döyüşən Avropa İttifaqı vətəndaşlarının ABŞ-a girişinə mane olmağa istiqamətlənib. Şübhədən kənarda qalan avropalılar üçün Birləşmiş Ştatlara giriş vizasız olacaq. Geri dön |