Ana Sayfa > Manşet / Ölkə > Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb -
Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb -25-06-2019, 13:29. Yazar: sevinc1 |
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb. Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılıb. XXX Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi keçirilir. Mərasimdə BDU-nun kollektivi, bir sıra dövlət və hökümət nümayəndələri iştirak edir. Vida mərasimi saat 13:00-dəkdavam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq. Qeyd edək ki, alim 2019-cu il iyun ayının 24-də ömrünün 95-ci ilində vəfat edib. Məlumat üçün qeyd edək ki, Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü il tarixində Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhər ikiillik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri vəzifələrini icra edib. 1988-ci ildən mətbuat tarixi kafedrasının professoru olub. Bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən olan professor Şirməmməd Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən "Şərəf” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin!(trend) aia.az Geri dön |