Ana Sayfa > Cəmiyyət > Meşədə çətənə becərən keçmiş məhkumdan silah-sursat da aşkarlandı

Meşədə çətənə becərən keçmiş məhkumdan silah-sursat da aşkarlandı


25-06-2019, 11:46. Yazar: sevinc1
Meşədə çətənə becərən keçmiş məhkumdan silah-sursat da aşkarlandı





Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.
Geri dön