Ana Sayfa > Karusel / Cəmiyyət > “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı

“Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı


24-06-2019, 16:16. Yazar: sevinc1
“Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı


Fövqəladə Hallar Nazirliyi "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd hadisəsi barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bu gün Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
***

"Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən qadın fikrindən daşındırılıb və xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Olayla bağlı əlavə məlumat veriləcək.

***

Hazırda "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə bir nəfər intihara cəhd edir.Modern.az-ın məlumatına görə, polis əməkdaşları onu fikrindən daşındırmağa çalışır. İntihar etmək istəyən şəxsin qadın olduğu bildirilir.

Əlavə məlumat veriləcək...


aia.az
Geri dön