Ana Sayfa > Manşet / Ölkə > “Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq” –
“Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq” –21-06-2019, 15:51. Yazar: admin |
Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəs təyin etdi. AİA.Az bildirir ki, təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında bu təyinatı qiymətləndirib: “Nəhayət ki, 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olundu. 15 il ərzində bu vəzifədə polis işçiləri olub. Bunun fəsadlarını da hamı bilir. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən-leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında işləyib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib. Yeri gəlmişəkən, biz Əli Nağıyevlə birlikdə Çaykənd əməliyyatından indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs tapdılar. Tapdılar deyəndə ki, Əli Nağıyev onsuz da var idi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov tərəfindən o sostemdən uzaqlaşdırılmışdı. Çünki Əli Nağıyev peşəkarlığı ilə Eldar Mahmudova mane olurdu. Eldar Mahmudov qeyri-peşəkar biri idi. Hələ Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılanda jurnalistlər məndən soruşanda ki, “bu vəzifəyə kim gətirilməlidir?”, mən həm tituluna, həm vəzifəsinə, həm də peşəkarlığına görə Əli Nağıyevi gördüyümü söyləmişdim”. İ.İsmayıl qeyd edib ki, Əli Nağıyevin təyinatından sonra ölkənin təhlükəsizliyi istiqamətində atılacaq addımlar daha da möhkəmlənəcək: “Bu addımlar Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra DTX rəisi Mədət Quliyev və onun müavini İsmayıl Bağırov tərəfindən aparılırdı. Onlar 3 il yarım ərzində kifayət qədər işlər gördülər və müəyyən dəyişikliklərə nail oldular. Yəni Azərbaycan dövlətinin təhlükəsizliyilə bağlı əsaslı işlər görülüb. Əminəm ki, onlar tərəfindən start verilən işlər daha peşəkar şəkildə davam etdiriləcək. Əsas məsələ sözün əsl mənasında dövlətin təhlükəsizliyini qorumaqdır. Biri var təhlükəsizliklə yanaşı tamamilə başqa, kompitesiyaya uyğun olmayan işlərlə də məşğul olurlar, necə ki, bunu Eldar Mahmudovun timsalında gördük. İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri dövlətin təhlüksizliyinə təhlükədir. Biri də var, işi sözün əsl mənasında peşəkara həvalə etmək. Biz Əli Nağıyevlə eyni vaxtda işləmiş adamlarıq. Mən Şəmkir rayonunda rəis olanda, Əli Nağıyev Nərimanov rayonunda rəis idi. Ona bu çətin işində uğur arzulayıram”. Geri dön |