Ana Sayfa > Ölkə > Rəsmilər Gəncədə sakinlərlə görüşüblər
Rəsmilər Gəncədə sakinlərlə görüşüblər21-06-2019, 15:31. Yazar: sevinc1 |
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov şəhərin bir neçə ərazisində olub, sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov müxtəlif idarə, təşkilat və müəssisə rəhbərlərilə birlikdə Gəncənin Əttarlar və Şeyx Bahəddin küçələrində olub, burada sakinlərlə görüşüblər. Vətəndaşlarla söhbət edən rəsmilər onların problemləri ilə maraqlanıblar. Sakinləri narahat edən məsələlər yerində araşdırılıb və aradan qaldırılması üçün göstərişlər verilib. Belə ki, ərazidə yağış sularının toplanmaması üçün su kollektorlarının düzəldilməsi, inşaat tullantılarının qısa müddətdə ərazindən toplanması istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib. Bununla yanaşı, qeyd olunan küçələrdə gecə işıqlandırılması sisteminin qurulması üçün də göstəriş verilib. Rəsmilər “Gəncəcay”ın sol sahilində də olublar. Burada Niyazi Bayramov və Vəfadar Bağırova yeni salınacaq “Park-bulvar kompleksi” barədə məlumat verilib. Layihə ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, burada yaşayan sakinlərin köçürülməsi tam yekunlaşdıqdan sonra işlərə başlanılacaq. Bunlarla yanaşı Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov Gəncədə icra olunan və şəhərin su-kanalizasiya sisteminin tam yenilənməsini hədəfləyən layihənin gedişatı ilə maraqlanıb. Hazırda asfalt örtüyü yenilənən küçələrdə işin gedişatı ilə tanış olub. aia.az Geri dön |