Ana Sayfa > Səhiyyə > Uşaqlarda görmə zəifliyi –

Uşaqlarda görmə zəifliyi –


21-06-2019, 10:40. Yazar: sevinc1
Uşaqlarda görmə zəifliyi –



Ölkədə son illər ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətinin zəif olması halları artıb.



Günümüzdə uşaqlarda ən çox rast gəlinən problemlərə göz zəifliyi və ayaq əyriliyini göstərə bilərik. Statistikaya görə, 2015-ci ildə 9100, 2016-cı ildə 10100, 2017-ci ildə isə 13300 nəfər uşaqda görmə qabiliyyətinin aşağı olması faktı aşkarlanıb.



Bəs bu problemlərin yaranmasının səbəbləri nələrdir?



Bioloji Təbabət Klinikasının pediatrı Aidə Rəşidova Modern.az-a açıqlamasında bildirib ki, göz zəifliyinin əsas səbəbi qidalardır.



“Qidalarda yağ turşuları, karatin çatışmayanda göz zəifliyi meydana gəlir. Göz zəifliyinin digər səbəbi kimi isə uşaqların zəif qidalanması və inkişafdan geri qalmasını göstərə bilərik”.



Aidə Rəşidova uşaqlarda olan ayaq deformasiyalarının (ayaq əyriliyi) əsas səbəbi kimi kalsium çatışmazlığını qeyd edib.



“Uşaqlarda əzələ zəifliyi, kalsium və D vitaminin çatışmazlığına görə uşaqlarda ayaq əyrilikləri meydana gəlir. Uşaqlarda ümumi inkişafın ləngiməsi onurğa əyriliyi problemlərinə də yol açır.



Raxitlik keçirmiş uşaqlarda mineral sıxlığı az olur və onlarda ayaq-pəncə əyriliyi yaranır. Ayaq əyriliyi olan uşaqların müalicəsi fizioterapiya və idmandır. Bundan əlavə kalsium, D vitaminli qidalardan istifadə etmək, bol günəş şüası əldə etmək lazımdır. Uşaqların qanında D vitamininin miqdarı azlıq təşkil edirsə onlara kalsium iynələri vurulmalıdır”.


aia.az
Geri dön