Ana Sayfa > Gündəm > Komitə rəsmisi:

Komitə rəsmisi:


20-06-2019, 12:37. Yazar: sevinc1
Komitə rəsmisi:


Azərbaycanda radikalizmin və ekstremizmin bazası yoxdur və belə bir qruplaşma ölkəmizdə mövcud deyil.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycana təhdidlər çox güclüdür:
"Əgər əvvəllər siyasi müstəvidə basqıları görürdüksə, indi dini müstəvidə də basqıların bir an səngimədiyini görürük.

Hər bir fürsətdən istifadə edərək yad ideologiyaları Azərbaycana ixrac etməyə çalışırlar. Ona görə də hər bir Azərbaycan vətəndaşı mili-mənəvi dəyərləri mənimsəməli, öyrənməli və öz həyatına tətbiq etməlidir” - deyə S.Heydərov qeyd edib.





aia.az
Geri dön