Ana Sayfa > Siyasət > Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi
Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi20-06-2019, 09:30. Yazar: sevinc1 |
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb. Bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib. Bu gün günün ikinci yarısında E.Məmmədyarovun Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü planlaşdırılıb. *** Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziriElmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür. Bunu öz "Twitter” səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yazıb. "Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür”, -o bildirib. Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. aia.az Geri dön |