Ana Sayfa > Karusel / İdman > Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı

Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı


20-06-2019, 10:53. Yazar: sevinc1
Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı


Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində dəyişlik edilib.

Modern.az xəbər verir ki, Olimpiya çempionu Toğrul Əsgərov sözügedən yarışda iştirak etməyəcək.

Buna səbəb isə güləşçinin fiziki hazırlığının yerində olmamasıdır. Əsgərov bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb.

Çəki problemi yaşayan sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov da eyni aqibətlə üzləşib.

Qeyd edək ki, Minsk-2019-da Toğrulu Hacımurad Hacıyev (74 kq), Cəbrayılı isə Aleksandr Qostiyev (87 kq) əvəz edəcək.


aia.az
Geri dön