Ana Sayfa > Gündəm / İqtisadiyyat / Aia TV / Karusel > Milli Məclis dollar krediti barədə məsələni təxirə saldı

Milli Məclis dollar krediti barədə məsələni təxirə saldı


19-01-2016, 16:27. Yazar: admin

“Siz hər şeyi birdən istəyirsiniz”.

Azərbaycanda əhalinin dollarla aldığı kreditlərin ödənilməsi ilə bağlı səslənən təklifləri həll etmək üçün ilk növbədə bankların stabilləşməsi təmin edilməlidir.

Aia.az haqqin.az-a istinadən xəbər verir ki, bunu parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasındakı çıxışında bildirib.

“Əvvəlcə bankları stabilləşdirək. Siz hər şeyi birdən istəyirsiniz. İndi böhrandır. Əvvəlcə banklar normal işləsin, əmanətlər alsın, kredit məsələsinə sonra baxarıq, gələcək perspektivə baxarıq”, - Əsədov deyib.

Deputat Əli Məsimli isə bildirib ki, dollarla krediti olanların taleyi məsələsi gündəmdədir:

“Bunun bütün ağırlığını bir qurumun üzərinə atmaq olmaz. Bunu 4 yerə bölməklə həll etmək olar. Mərkəzi Bank, kommersiya bankları, hökumət və əhali arasında bölüşdürülməlidir.

Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılmalıdır. Çünki kommersiya banklarındakı pulun 70%-i əhalinindir”.

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, sahibkarların güzəştli kreditləşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 250 mln. manat olduqca az məbləğdir:

“Xaricdən 1-2 mlrd. manat gətirib banklarda yerləşdirmək lazımdır. Buna nəzarəti isə İqtisadiyyat Nazirliyinə vermək olar. Sahibkarlara 2,25 mlrd. manat vermək lazımdır”.
Geri dön