Ana Sayfa > Parlament / Aia TV / Karusel > 4 avtomobili vurub, piyadanın ölümünə səbəb olan QADIN SÜRÜCÜYƏ 7 il həbs

4 avtomobili vurub, piyadanın ölümünə səbəb olan QADIN SÜRÜCÜYƏ 7 il həbs


19-01-2016, 16:05. Yazar: admin



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samirə Usubovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Aia.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən qadın sürücü 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il martın 15-də baş verib. Ə.Naxçıvani küçəsində Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb.

Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.

4 avtomobili vurub, piyadanın ölümünə səbəb olan QADIN SÜRÜCÜYƏ 7 il həbs
Geri dön