Ana Sayfa > Parlament > Elçibəyin qaynı:
Elçibəyin qaynı:14-06-2019, 14:51. Yazar: sevinc1 |
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım bu gün dünyasını dəyişib. Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında bacısının 3 ay idi ki, Türkiyədə müalicə olunduğunu deyib: “Bacım Həlimənin 3 ay bundan qabaq səhhətində problem yaranmışdı. O qədər də ciddi problem deyildi. Türkiyədə müalicə almasını məsləhət gördük. Hər şey yaxşı gedirdi. Qəfil ölüm xəbərini aldıq”. Mirmövsüm Mahmudov bildirib ki, bacısının cənazəsini Bakıya gətirməyə hazırlaşırlar: “Güman ki, bacımı Bakı qəbiristanlığında dəfn edəcəyik”. Elçibəyin qaynının sözlərinə görə, bacısı son vaxtlar tez-tez mərhum həyat yoldaşı ilə bağlı xatirələrindən də danışırmış. “Həlimə xanımın Elçibəyi yad etmədiyi gün yox idi. Onunla bağlı xatirələrini tez-tez dilə gətirirdi. Həyatdır. Hər ikisinin də taleyinə Türkiyədə vəfat etmək yazılıbmış”. Qeyd edək ki, Əbülfəz Elçibəylə Həlimə xanımın iki övladı dünyaya gəlib: oğlu Ərturqut və qızı Çilənay xanım. Allah rəhmət eləsin... aia.az Geri dön |