Ana Sayfa > Cəmiyyət > Qobustandakı yanğın helikopter cəlb edilməklə söndürülüb

Qobustandakı yanğın helikopter cəlb edilməklə söndürülüb


13-06-2019, 17:54. Yazar: sevinc1
Qobustandakı yanğın helikopter cəlb edilməklə söndürülüb


Qobustanda baş vermiş yanğın saat 15:00-da Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

X X X

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


aia.az
Geri dön