Ana Sayfa > Siyasət > Parlamentin növbədənkənar iclasında Ombudsmana əlavə səlahiyyət istənildi

Parlamentin növbədənkənar iclasında Ombudsmana əlavə səlahiyyət istənildi


13-06-2019, 12:33. Yazar: sevinc1
Parlamentin növbədənkənar iclasında Ombudsmana əlavə səlahiyyət istənildi


“2004-cü ildən indiyədək Azərbaycan İnsan Hüquqları Müvəkkili Milli Məclisə 25 təklif verib. Bu, qanunlara əlavələr, dəyişikliklərdir”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu dəyişiklik təklifləri qəbul olunub.

Deputat Tahir Kərimli isə Ombudsmana əlavə səlahiyyətlərin verilməsini təklif edib:



“Qanunvericiliyə hansısa formada dəyişiklik edilməlidir ki, Ombudsmanın təkliflərinə məcburi şəkildə baxılsın. Müvəkkilə belə bir hüquq verilməlidir. Qanunvericilik təşəbbüsü olan orqan Ombudsmanın təkliflərini məcburi şəkildə müzakirəyə təqdim etməlidir”.


aia.az
Geri dön