Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Aia TV / Karusel > Saakaşvili Ukrayna ordusunun sirlərini internetdə yaydı – VİDEO

Saakaşvili Ukrayna ordusunun sirlərini internetdə yaydı – VİDEO


19-01-2016, 12:11. Yazar: admin

Məxfi müşahidə postu da kadra düşüb.

Odessa vilayətinin rəhbəri Mixeil Saakaşvili öz Facebook səhifəsində Mariupola səfər zamanı çəkilmiş videonu paylaşıb, videoda Donbasda Ukrayna hərbçilərinin blok-postlarının əməliyyat xəritəsi görünür, Aia.az Gazeta.ru-ya istinadən xəbər verir.

“Mən Mariupola, burada xidmət edən, Ştorm batalyonundan olan uşaqların görüşünə gəldim. Müəyyən qədər götür-qoy etdikdən sonra videonu paylaşmaq qərarına gəldim, belə ki, bu özbaşınalıq bir ildən artıqdır ki, davam edir və müvafiq xidmətlərin vəziyyəti düzəltmək üçün yetərincə vaxtı var idi”, - o, deyib.

Kadrlara məxfi müşahidə postu da düşüb, döyüşçülərin üzləri isə açıqdır.

Daha öncə Saakaşvilinin Yeni ili ön xəttə keçirdiyi barədə məlumat yayılmışdı.

Geri dön