Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Xaricə pul köçürmələrindən icbari haqq tutulacaq
Xaricə pul köçürmələrindən icbari haqq tutulacaq19-01-2016, 11:50. Yazar: admin |
“Ölkəyə kapital axını liberallaşdırılır”. Azərbaycan parlamentinin "Valyuta tənzimi haqqında" qanunda edilməsi nəzərdə tutduğu dəyişikliklərin biri xaricə pul köçürülmələrinə icbari yığımların tətbiqi ilə bağlıdır. Aia.az Report-a istinadən xəbər verir ki, fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri (arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə - təqvim ili ərzində bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulacaq. Burada fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınacaq. Bununla yanaşı bildirilir ki, müalicə haqqının ödənilməsi ilə bağlı xarici səhiyyə müəssisəsinin hesabına ödənişlər, təhsil haqqının ödənilməsi ilə bağlı xarici təhsil müəssisəsinin hesabına ödənişlər, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanları qərarlarının icrası ilə bağlı ödənişlər istisna hallarına aiddir. Həmçinin, valyuta əməliyyatları ödəniş kartları vasitəsilə həyata keçirildikdə rezident və qeyri-rezident fiziki və hüquqi şəxs bu barədə əməliyyatın aparıldığı gündən bir ay müddətində ödəniş kartının emitenti olan müvəkkil banka əməliyyatın məbləğinin 20%-i miqdarında dövlət büdcəsinə icbari yığımın ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir. Belə sənəd banka təqdim olunmadıqda bank müvafiq valyuta əməliyyatlarının aparılması ona məlum olduğu vaxtdan 5 iş günündən gec olmayaraq bu barədə məlumatı ödəniş kartı ilə müvafiq əməliyyatın aparılmasını təsdiq edən sənədlərlə birgə Azərbaycan Mərkəzi Bankına təqdim edir. Geri dön |