Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bakıda siqaretin qiymətinin ucuzlaşması xəbəri yayıldı

Bakıda siqaretin qiymətinin ucuzlaşması xəbəri yayıldı


19-01-2016, 11:35. Yazar: admin



Bakıda siqaretin qiymətinin 30 faiz ucuzlaşması xəbəri yayılıb.
Aia.az-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində bildirilib. Deyilir ki, artıq mağazalarda bütün siqaretlər 50-60 qəpik ucuz satılır. Tütün məmulatlarının qiymətinin 30 faiz ucuzlaşdığı qeyd olunur.

İlk öncə bir neçə mağazaya baş çəkdik. Deyilənlər öz təsdiqini tapmadı. Mağazalarda siqaret elə həmişəki qiymətə satılır.

Sonra isə topdansatış məntəqələrilə əlaqə saxladıq. Oradan da bildirdilər ki, siqaretin ucuzlaşması xəbərləri yalandır.

"Heç bir ucuzlaşma yoxdur. Əksinə deyirlər ki, siqaret gələn ay da bahalaşa bilər. Hazırda siqaret satışı normaldır. Heç bir məhdudiyyət yoxdur. Qiymətlər də sabitdir”, - deyə topdansatış məntəqələrindən bildirdilər.
Geri dön