Ana Sayfa > Manşet / Ölkə > Ağdam – meliorativ tədbirlər vaxtında və yüksək səviyyədə həyata keçirilir

Ağdam – meliorativ tədbirlər vaxtında və yüksək səviyyədə həyata keçirilir


10-06-2019, 13:11. Yazar: sevinc1
Ağdam – meliorativ tədbirlər vaxtında və yüksək səviyyədə həyata keçirilir




Məlumdur ki, kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün Hafiz Əzimzadənin rəhbərlik etdiyi Ağdam rayon mexaniki suvarma idarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.

Ağdamda melioratorların peşə bayramı qeyd olundu

İyun ayının 4-də Ağdam rayon İcra Hakimiyyətinin akt zalında Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik ediblər. Bildiriblər ki, Prezident İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, 1996-cı ildə Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalayıb. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalamışdır. Tədbirdə çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, Heydər Əliyev ideyalarının İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülüb.




Subartezian quyularının sayı artır

Ağdam rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. O cümlədən Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 2017-ci ildə rayonun Birinci Yüzbaşılı, Mahrızlı, Sarıcalı və Təzəkənd kəndlərində 4 yeni subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 120 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Bununla da ötən ilin əvvəllərində Ağdamda subartezian quyularının sayı 840-a çatdırılıb. Qeyd edək ki, bu quyuların istismarını da Hafiz Əzimzadənin rəhbərlik etdiyi rayon mexaniki suvarma idarəsi həyata keçirir.Ümumiyyətlə isə Ağdamda 35,4 min hektar əkin sahəsi 840 ədəd subartezian quyusu, 6 nasos stansiyası, 11 kəhriz, 365 kilometr suvarma kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Maraqlıdır ki, təkcə son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Ağdamda 105 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Lakin bu məlumatlar dediyimiz kimi, 2018-ci ilin əvvəllərinə aiddir...




Daha 35 subartezian quyusu istifadəyə verilib

5 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlandı və podrat təşkilatlarla müqavilələr imzalandı. Atrıq cari ilin mart ayının ortalarında isə həmin subartezian quyularının qazılması üzrə işlər tam yekunlaşdırılıb və quyular istismara verilib.

Mexaniki suvarma idarəsinin fəaliyyəti yüksək qiymətləndirilir

Qeyd etmək yerinə düşər ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan Konfransda cənab Prezident ölkədə aparılan geniş miqyaslı meliorativ tədbirlərdən danışarkən son illərdə dörd böyük su anbarının tikildiyini bildirmiş, fermerlərin ölkədə aparılan meliorativ tədbirlərin səmərəsini hiss etdiklərinə əminliyini bildirmişdir. Dövlət başçısının hər il çoxlu sayda subartezian quyularının qazılması ilə bağlı verdiyi Sərəncamlar bölgələrdə əhali tərəfindən çox böyük rəğbətlə qarşılanır.



O cümlədən Ağdamda da son illər meliorativ tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür və bu işlərin uğurla həyata keçirilməsində məhz Hafiz Əzimzadənin rəhbərlik etdiyi Ağdam rayon mexaniki suvarma idarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, idarənin əməkdaşları tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması təmin edilir. Redaksiyamıza təqdim olunan açıqlamalarda da vurğulanır ki, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İdarə rayonda böyük ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir

aia.az
Abbas Abbasov
Elbrus bağırov
Geri dön