Ana Sayfa > İdman > Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək
Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək4-06-2019, 17:36. Yazar: sevinc1 |
Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək. Trend-in məlumatına görə, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib. Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən "Yay gəlir" kampaniyasına start verir: "Layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə - saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir". aia.az Geri dön |