Ana Sayfa > Gündəm / Manşet / Karusel > DGK sədrinin müşavirinə ittiham VAR

DGK sədrinin müşavirinə ittiham VAR


18-01-2016, 17:13. Yazar: admin
DGK sədrinin müşavirinə ittiham VAR

Bir neçə il bundan əvvəl tanınmış rəssam Şamil Həsənov Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmişdi. Qafqaznews.az-ın məlumatına görə, müraciətdə qeyd olunurdu ki, Ərəbov Rövşən Kazım oğlu adlı şəxs onun emalatxanasına gələrək oradan Şamil Həsənova məxsus əsərləri və digər bahalı əşyaları oğurlayıb. Bununla hətta o vaxtlar Bakı BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov Şamil Həsənovu gəbul edərək dinləmişdi. Qəbuldan çıxan Şamil Həsənov hətta saytımız vasitəsi ilə cənab nazir Ramil Usubova və Bakı BPİ-nin rəis müavini Elxan Həsənova öz dərin minnətdarlığını da bildirmişdir. Ancaq bütün bunlara baxmayaraq, Rövşən Kazım oğlu Ərəbov hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb.

Şamil Həsənov hər dəfə bizim redaksiya ilə əlaqə saxlayaraq bildirir ki, onun çəkdiyi əsərləri oğurlayan şəxs hələ də sərbəst şəkildə Bakıda gəzir. Etibarlı mənbədən daxil olan məlumata görə, Rövşən Ərəbov vaxtı ilə Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyevin köməkçisi olub və Tahir Əliyev komitə sədri olan vaxt ona 1 milyon dollar verib ki, Rövşən həmin pulu etibarlı yerdə gizlətsin. Sonra komitə sədri vəzifəsindən azad olunan Tahir Əliyev Rövşən Ərəbovdan 1 milyon pulu qaytarmağı tələb edib, R.Ərəbov isə cavabında Tahir Əliyevə deyib ki, güya həmin pulu elə o vaxtı aparıb komitə sədrinin evində həyat yoldaşına verib. Bir sözlə,bir çox üzləşmələrdən sonra Rövşən yenə də pulu “atdığına” boyun olmayıb. Deyilənlərə görə o vaxtlar Rövşən bir müddət Sumqayıtın “Qoratdel”linin təcridxanasında yatsa da 1 milyonu “atdığını” boynuna almayıb.TahirƏliyev

Sonradan isə Rövşən Ərəbov sərbəst buraxılaraq yeni həyat sürməyə başlayıb. 90-cı illərin sonlarında Sumqayıtda özəlləşməyə çıxarılan bir çox obyektləri Rövşən demək olar ki,Tahir Əliyevin ona verdiyi pulla özəlləşdirib. Qayıdaq yenidən Şamil Həsənovla Rövşən Ərəbovun məsələsinə. Qeyd edək ki, Rövşən Ərəbovun Şamil Həsənova qarşı törətdiyi bu əməldən sonra, rəssam təsadüfən şəhərdə onunla rastlaşıb və Şamil Həsənov ona deyəndə ki,” məndən oğurladığın əsərləri gətir qaytar”, Rövşən Ərəbov cavabında əsərləri Səbail rayon prokuroru Şirxan Adıgözəlova bağışladığını deyib. “Kempinski” otelində baş verən hadisəyə gəlincə isə… Bir sözlə, Rövşən Ərəbovun məcaraları qurtarmaq bilmir. Belə ki, keçən ilin yay aylarında Otel Kempinskinin qonağları olan ərəb şeyxləri ilə R.Ərəbovun arasında ciddi problemlər yaşanıb.

O ərəb şeyxlərinin yanında olan insanlara təcavüz edərək, “Kempinski”də sifariş etdiyi nömrəyə güclə aparmaq istəyib. Ancaq sonda otelin təhlükəsizlik xidməti məsələyə qarışıb. Beləliklə, komitə sədrinin müşaviri çox ciddi problemlərlə üzləşib. Baş verən bu hadisədən əvvəl Ərəbov adıkeçən otelin SPA mərkəzinin abunəçisi olub. Ancaq bu hadisədən sonra, o oteldən qovulub. Hazırda R.Ərəbova bu otelə daxil olmağa qadağa qoyulduğu qeyd olunur. Qarşı tərəfin də mövqeyini dərc etmək məqsədi ilə, R.Ərəbova məxsus, sonu 45-45 ilə qurtaran nömrələrin 055 və 050-si ilə də əlaqə saxlamağa çalışdıq, lakin zənglərmizə cavab verən olmadı. Mövzunu diqqətdə saxlayacağıq.
Geri dön