Ana Sayfa > Aia TV > Nazpəri Dostəliyeva onu qınayanlara CAVAB VERDİ:
Nazpəri Dostəliyeva onu qınayanlara CAVAB VERDİ:3-06-2019, 15:35. Yazar: sevinc1 |
Xalq artisti Nazpəri Dostəliyevanın ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində səsləndirdiyi “ictimai nəqliyyat sənətkar üçün deyil” fikirləri müzakirələrə səbəb olub. Bəzi sənət adamları xalq artistini bu fikirlərinə görə qınayıb və ona özünəməxsus şəkildə cavab veriblər. Belə ki, Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadənin iştirakı ilə video-çarx hazırlanıb.Videoda B.Bağırzadənin sənətkar olduğu üçün metroya buraxılmadığı əks olunub. Müğənni Elton Hüseynəliyev isə həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə olan fotosunu paylaşaraq “Sadəlik avtobusa minmək deyil, hər an, hər dəqiqə tərbiyəni və özünü unutmamaqdır. Sadələrə eşq olsun” sözlərini yazıb. Müğənni bununla da kifayətlənməyib, başqa bir paylaşımında Nazpəri Dostəliyevanın fikirlərini mənasız adlandırıb: “Nazpəri Dostəliyeva siz çox səhv və mənasız fikir irəli sürmüsünüz, təəssüf... Sənətkarın sənəti zirvədə olmalıdır, evinin damı, maşınının qiyməti yox. Siz deyəsən, toylara getdiyiniz ilk vaxtları unutmusunuz – həyat budur”. Məsələnin aktuallığını nəzərə alaraq, xalq artistinə fikirlərinin qınaq obyektinə çevrildiyini xatırlatdıq. N.Dostəliyeva Modern.az-a açıqlamasında bu fikirlərin heç bir əhəmiyyətinin olmadığını bildirdi: “Bununla bağlı fikrimi demişəm. Kim nə istəyir desin. Mən bu mövzuya əlavə fikir bildirmək istəmirəm”. Xalq artisti “bitdi” deyərək, əlavə şərh verməkdən imtina edib. Xatırladaq ki, müğənni ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində “ictimai nəqliyyat sənətkar üçün deyil” fikirlərini səsləndirib. O sözlərinə “Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl, bunlar. Düz yol gedirəm, kimsə “Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamı ilə şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”, - deyə bildirib. aia.az Geri dön |