Ana Sayfa > Manşet / Gündəm > Nazir müavini:
Nazir müavini:3-06-2019, 12:13. Yazar: sevinc1 |
"Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb". ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib. Onun sözlərinə görə, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis edilib: "Bu təqaüd 50 manatdır. Şəhid ailələrinin birdəfəlik ödəmə -11 min AZN ilə təminatı proqramının artıq 80 faiz icra olunub. Qısa müddət ərzində 20 faiz də icra olunacaq". aia.az Geri dön |