Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin növbədənkənar sessiyasında 5 iclas keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyasında 5 iclas keçiriləcək3-06-2019, 11:45. Yazar: sevinc1 |
Milli Məclisin növbədənkənar xüsusi sessiyasında 5 plenar iclasın keçirilməsi nəzərdə tutulub. aia.az saytı ONA-ya istinadən xəbər verir ki, xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub. Sessiya çərçivəsində komitə iclasları da keçiriləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. aia.az Geri dön |