Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər

Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər


18-01-2016, 14:40. Yazar: admin
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
"Hərbiçilərini pensiya yaşı ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır".
“Hərbçilərini pensiya yaşı ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır və tezliklə yekun sənəd təqdim olunacaq.

Aia.az-in məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə , prezident İlham Əliyev tərəfindən qəbul olunan "pensiya islahatı konsepsiyası"nın əsas məqsədi baza iqtisadiyyatı şəraitində əhalinin etibarlı pensiya təminatına nail olmaqdır.


Elman Mehdiyevin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu ötən dövr ərzində aidiyyəti qurumlarla birlikdə islahat konsepsiyasının nəzərdə tutulan müddəalarının reallaşdırılması üçün əmək pensiyaları haqqında qanuna dəyişiklik layihəsi hazırlayıb.

“Hazırda bu layihə müvafiq struktutlarla müzakirə məlhələsindədir. Bu layihədə sığorta pensiya sisteminin maliyyə dayanıqlığının möhkəmləndirilməsi, sığorta prinsiplərinin dərinləşdirilməsi və ödənilən sosial sığorta haqqları ilə təyin olunan pensiyaların adekvatlığın təmin olunması başlıca şərt kimi ortaya qoyulub”.


Elman Mehdiyev - Dövlət Sosial Müdafiə Fondunun sədri

Bir müddət əvvəl isə "Dövlət Sosial Müdafiə Fondundan məlumat verilmişdi ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir".

Aia.az-in məlumatına görə, islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilər, ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi önə çəkilib.

Əgər təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək. Onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Yəni onlar pensiyalarını indiyədək aldıqları qaydada almağa davam edəcəklər.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev həmçinin bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.

Beləliklə, əgər təklif qəbul edilərsə, hərbi qulluqçular və daxili işlər orqanlarının xüsusi rütbəli şəxsləri güzəştli pensiyaya çıxmaq üçün 20 il deyil, 25 il işləməli olacaqlar.

Xidmət müddətinin 25 ilədək uzadılmasınnı müsbət cəhəti də var. Bu qərar sayəsində Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları artacaq. Nəticədə gələcəkdə pensiyaların artırılması da mümkün ola bilər. Eyni zamanda güzəştli pensiyaya çıxanlar təqaüd dövründə daha çox pensiya ala bilərlər.
Geri dön