Ana Sayfa > Ölkə > Bakı metrosu yeni qatarlar aldı

Bakı metrosu yeni qatarlar aldı


3-06-2019, 10:10. Yazar: sevinc1
Bakı metrosu yeni qatarlar aldı


Rusiyanın "Metrovaqonmaş" zavodu ilə "Bakı Metropoliteni” QSC arasında imzalanmış müqaviləyə əsasən, iyun ayı ərzində Azərbaycana yeni qatarlar gətiriləcək.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, ilkin mərhələdə iki qatar alınıb:

"Müasir standartlara cavab verən qatarlar ölkəyə gətiriləndən sonra sazlama və sınaq müddəti olacaq. Həmin qatarlar istismar müddəti başa çatan qatarları əvəzləyəcək”.

B.Məmmədovun sözlərinə görə, ilin sonunadək daha 4 qatar alınacaq:

"Hazırda daha 4 qatarın istehsal prosesi gedir”.

Qeyd edək ki, qatarların istimar müddəti 31 ildir. Müqaviləyə əsasən alınacaq 81-765 tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar istismarını başa vurmuş 81-714/717 tipli 6 qatarı əvəzləyəcək.


aia.az
Geri dön