Ana Sayfa > Təhsil > Builki yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı -

Builki yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı -


31-05-2019, 17:40. Yazar: sevinc1
Builki yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı -


Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib.

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, sözügedən qruplar üzrə 1 nəfər belə maksimum nəticə göstərə bilməyib.


aia.az AzEdu.az-a istinadən xatırladır ki, ötən il yaz qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə 4, III ixtisas qrupu üzrə 5, IV ixtisas qrupu üzrə 1 abituriyent, ümumilikdə 10 nəfər 700 ballıq nəticə göstərib.

Builki göstəricilərə görə, qəbul imtahanlarının I mərhələsində ( buraxılış imtahanı) 4 nəfər, ixtisas qrupları üzrə imtahanda isə ümumilikdə cəmi 1 nəfər ( I ixtisas qrupu üzrə) maksimum bal toplaya bilib.

I ixtisas qrupu üzrə 400 bal toplayan abituriyentin qəbul imtahanlarının I mərhələsində (buraxılış imtahanı) göstərdiyi nəticə 265-dir.

Qəbul imtahanlarının I mərhələsində isə (buraxılış imtahanlarında) maksimum bal (300 bal) toplayan 4 nəfərdən heç bir abituriyent II mərhələdə bütün sualları düzgün cavablandıra bilməyib.

Bir sözlə, 2019-cu ilin yaz qəbul imtahanlarında ümumilikdə 1 abituriyent belə 700 ballıq nəticə göstərməyib.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında həyata keçirilir. Bu il buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənir və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.





aia.az
Geri dön