Ana Sayfa > Siyasət > Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyası başa çatdı


31-05-2019, 14:57. Yazar: sevinc1
Milli Məclisin yaz sessiyası başa çatdı


Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatıb.



Modern.az xəbər verir ki, sessiyanın sonuncu plenar iclası bu gün – mayın 31-də keçirilib. Sonucu iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.



Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.



Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.



aia.az
Geri dön