Ana Sayfa > Manşet / Siyasət > Deputatdan snayperlərimizə ŞOK ÇAĞIRIŞ:

Deputatdan snayperlərimizə ŞOK ÇAĞIRIŞ:


31-05-2019, 14:47. Yazar: sevinc1
Deputatdan snayperlərimizə ŞOK ÇAĞIRIŞ:


"Cəbhə xəttində zabitimiz Aqil Omarovun şəhid olması adi hadisə deyil, bu, Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin yaz sessiyasının sonuncu iclasında deyib.


A.Mirzəzadə bildirib ki, zabitimizin şəhid olması göstərir ki, Ermənistanın bu məsələdə çox düşünülmüş, təxribatçı bir siyasəti var:

"Belə bir təsəvvür yaranır ki, ya Paşinyan ikizülülük edir, diplomatik danışıqlar aparır, gizlində isə silahlı qüvvələrə Azərbaycana qarşı belə çirkin addımlar atmağa tapşırıq verir, ya da ki o, silahlı qüvvələrə nəzarət etmir".


Deputat ordumuzun snayperlərinə müraciət edib:


“Mən müdafiə naziri, Ali Baş Komandan deyiləm, ona görə Ordumuza əmr verə bilmərəm. Amma snayperlərimizə üz tutub xahiş edirəm ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar”.



Deputat, həmçinin Ermənistanın müdafiə naziri David Tonoyanın da vurulmasını xahiş edib:



“Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy, zabitimizin qanı yerdə qalmasın. Bu, Ermənistan üçün dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır".
Geri dön