Ana Sayfa > Təhsil > Glimmer proqramı üzrə Aqronomluq fakultəsində Məzun günü

Glimmer proqramı üzrə Aqronomluq fakultəsində Məzun günü


31-05-2019, 14:46. Yazar: sevinc1
Glimmer proqramı üzrə Aqronomluq fakultəsində Məzun günü




Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter) Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramının 2018-2019-ci tədris ili üzrə “Məzun günü” keçirilib.

Aqronomluq fakultəsində təşkil olunan tədbirdə ADAU-nun rəhbərliyi, proqramın müəllim heyəti və əməkdaş şirkətlərin nümayəndələri iştirak edib. Universitetin rektoru, AMEA-nin müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib, tələbələrə uğurlar arzulayıb, kənd təsərrüfatı mütəxəssislərinin ölkə iqtisadiyyatında lazım və vacib rolunu qeyd edib.

Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr sertifikatlar və hədiyyələrlə təltif edilib.

aia.az









Geri dön