Ana Sayfa > Siyasət > Parlamentdə büdcə müzakirəsi başladı
Parlamentdə büdcə müzakirəsi başladı31-05-2019, 12:20. Yazar: sevinc1 |
Azərbaycan Milli Məclisinin yaz sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi başlayıb. Modern.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda yalnız bu qanun layihəsinin müzakirəsi aparılacaq. İclas yekunlaşdıqdan sonra parlamentin yaz sessiyası başa çatacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Parlamentin növbədənkənar sessiyasının da keçirilməsi nəzərdə tutulur. aia.az Geri dön |