Ana Sayfa > Karusel / Cəmiyyət > “28 May” stansiyasında DƏHŞƏT -

“28 May” stansiyasında DƏHŞƏT -


31-05-2019, 09:53. Yazar: sevinc1
“28 May” stansiyasında DƏHŞƏT -


Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov Modern.az-a faktı təsdiqləyib:

“Hadisə 09:35 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb”.

B.Məmmədov deyib ki, hazırda şəxsin qatar yolundan çıxarılması həyata keçirilir:

“Hələlik onun kimliyi bilinmir. Həmçinin, onun təsadüfən, yoxsa intihar məqsədilə özünü qatarın altına atdığı da məlum deyil. Ətraflı məlumat veriləcək”.


aia.az
Geri dön