Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda qəza - ər-arvad xəstəxanalıq oldular

Bakıda qəza - ər-arvad xəstəxanalıq oldular


31-05-2019, 09:41. Yazar: sevinc1
Bakıda qəza - ər-arvad xəstəxanalıq oldular



Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Trend-in məlumatına görə, qəza ötən gecə Səbail rayonu Şıx qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində 1966-cı il təvəllüdlü Hüseynov Fikrət Tanrıverdi oğlu qarın nahiyəsinin küt travması və həyat yoldaşı, 1967-ci il təvəllüdlü Hüseynova Rahilə Telman qızı döş qəfəsinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşalrı cəlb olunublar, qəzanın səbəbləri araşdırılır.


aia.az
Geri dön